Budapeştdə Milli Dirçəliş Günü münasibətilə film nümayiş olunub
20 noyabr, 2026
Budapeştdə Milli Dirçəliş Günü münasibətilə film nümayiş olunub
Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə “BİZ” sənədli filmi nümayiş olunub.
Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxışında Milli Dirçəliş Gününün xalqımızın milli oyanış və azadlıq mübarizəsi tarixində mühüm yer tutduğunu bildirib. O, xaricdə yaşayan soydaşlarımızın bu əlamətdar günü qeyd etmələrinin milli kimliyin, tarixi yaddaşın və həmrəylik ruhunun qorunması baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Esmira Cəfərova Milli Dirçəliş Gününün müstəqillik və suverenlik uğrunda mübarizə tariximizin mühüm səhifələrindən biri olduğunu deyib. Səfir Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birliyin tarixi Zəfərin qazanılmasında mühüm rol oynadığını söyləyib. Həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlıların milli maraqlar ətrafında sıx birləşməsinin, Vətənlə əlaqələrin qorunmasının və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
Çıxışlardan sonra “BİZ” sənədli filmi təqdim olunub. Filmdə Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi birlik, həmrəylik, milli iradə və Vətən sevgisi öz əksini tapıb.
Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
mənbə: https://diaspor.gov.az/az/news-detail/budapestde-milli-dircelis-gunu-munasibetile-film-numayis-olunub-7594
https://x.com/DiasporaAz/status/2123691925673017647
“Tacikler”in Almanca Baskısının Tanıtımı — Kültürel Diplomasiyi Geliştirmede Yeni Bir Adım
Встреча посла Таджикистана с губернатором столичного округа Кувейта
“Azəri Kalqari ulduzları” Kanadada növbəti dəfə qızıl medal qazanıb
Fenerbahçe Kongre Üyesi Şenol Eryılmaz: Fenerbahçe Sevgisi Kupaya, Şampiyonluğa Bağlı Değildir
Fenerbahçe Kongre Üyesi Şenol Eryılmaz: Fenerbahçe Sevgisi Kupaya, Şampiyonluğa Bağlı Değildir
Встреча Посла с парламентским вице-министром иностранных дел Японии