“Azəri Kalqari ulduzları” Kanadada növbəti dəfə qızıl medal qazanıb
20 noyabr, 2026
“Azəri Kalqari ulduzları” Kanadada növbəti dəfə qızıl medal qazanıb
Kanadanın Kalqari şəhərində “Avropa Xalq Rəqsləri Müsabiqəsi 2026” adlı beynəlxalq rəqs müsabiqəsi keçirilib. “Kalqari Avropa Mədəniyyət Cəmiyyəti”nin təşkilatçılığı ilə baş tutan müsabiqədə 12 ölkədən 16 rəqs kollektivi iştirak edib. Yarışda müxtəlif yaş kateqoriyalarında ümumilikdə 40 rəqs nömrəsi təqdim olunub.
Müsabiqədə ölkəmizi təmsil edən “Azəri Kalqari ulduzları” (“Azeri Calgary Stars”) kollektivi uğurlu nəticələr əldə edib. Rəqs kollektivi duet rəqsi üzrə birinci yer, trio və qrup rəqs kateqoriyaları üzrə ikinci yer, solo rəqs kateqoriyası üzrə üçüncü yerə layiq görülüb.
Rəqs qrupunun uğur qazanmasında, rəqslərin qurulmasında və hazırlanmasında Azərbaycan Xoreoqrafiya Akademiyasının məzunu, “Türksoy Özəl Ödül” müsabiqəsinin laureatı, baletmeyster-xoreoqraf Lalə Aslanurun da böyük əməyi var. Onun müəllifliyi ilə “Kor Ərəb”, “Laqquti”, “Ay Ləli”, “Mən güləm”, “Sən yadıma düşəndə”, “Dağlar gözəli” və Brilliant Dadaşovanın “Vokaliz” ifası əsasında hazırlanan ritmik səhnə kompozisiyası olmaqla, ümumilikdə 7 rəqs nömrəsi təqdim edilib. “Kor Ərəb” kompozisiyası isə trio kateqoriyasında ikinci yerə layiq görülüb.
Qeyd edək ki, rəqs qrupunun bu müsabiqədəki ilk uğuru deyil. Qrup 2024-cü ildə keçirilən “Avropa Xalq Rəqsləri Müsabiqəsi”ndə qızıl medala layiq görülüb.
Xatırladaq ki, “Azəri Kalqari ulduzları” rəqs qrupu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstək göstərdiyi Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdində fəaliyyət göstərir.
Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
mənbə: https://diaspor.gov.az/az/news-detail/azeri-kalqari-ulduzlari-kanadada-novbeti-defe-qizil-medal-qazanib-7593
https://x.com/DiasporaAz/status/2123690799733101020
“Tacikler”in Almanca Baskısının Tanıtımı — Kültürel Diplomasiyi Geliştirmede Yeni Bir Adım
Встреча посла Таджикистана с губернатором столичного округа Кувейта
Budapeştdə Milli Dirçəliş Günü münasibətilə film nümayiş olunub
Fenerbahçe Kongre Üyesi Şenol Eryılmaz: Fenerbahçe Sevgisi Kupaya, Şampiyonluğa Bağlı Değildir
Fenerbahçe Kongre Üyesi Şenol Eryılmaz: Fenerbahçe Sevgisi Kupaya, Şampiyonluğa Bağlı Değildir
Встреча Посла с парламентским вице-министром иностранных дел Японии