Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Rotterdamda Türkiyə və Cənubi Azərbaycandakı zəlzələ qurbanlarının xatirəsi yad edilib

Rotterdamda Türkiyə və Cənubi Azərbaycandakı zəlzələ qurbanlarının xatirəsi yad edilib
REKLAM ALANI
14.02.2023
A+
A-

 

 

 

Rotterdamda Türkiyə və Cənubi Azərbaycandakı zəlzələ qurbanlarının xatirəsi yad edilib
, 2023
Rotterdamda Türkiyə və Cənubi Azərbaycandakı zəlzələ qurbanlarının xatirəsi yad edilib
Niderlandın Rotterdam şəhərində Türkiyə və Cənubi Azərbaycanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş insanların anım mərasimi keçirilib.

Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Qarabağ” idman klubunda baş tutan mərasimdə önzə zəlzələ qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov bu dəhşətli təbii fəlakətin Azərbaycan xalqında və dünya azərbaycanlılarında böyük sarsıntı və kədər doğurduğunu, zəlzələnin ilk saatlarından dövlətimizin və xalqımızın qardaş Türkiyənin köməyinə çatmağa çalışdığını, uşaqdan böyüyədək hər bir soydaşımızın zəlzələnin fəsadlarının aradan qaldırılması naminə əlindən gələni etdiyini vurğulayıb.

Türk icmasının üzvləri Azərbaycan dövlətinə və xalqına göstərdiyi yardıma görə minnətdarlıqlarını və ehtiramlarını bildiriblər.

Sonra Niderland Türk Federasiyasının nəzdində fəaliyyət göstərən “Versaar-Turk İslam” Mədəniyyət Mərkəzinin dini xadimi Ensar Kalemli zəlzələ qurbanlarının ruhuna dualar oxuyub.

Mərasimdə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınları Birliyinin, “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun üzvləri və Rotterdamda yaşayan soydaşlarımız iştirak ediblər.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/rotterdamda-turkiye-ve-cenubi-azerbaycandaki-zelzele-qurbanlarinin-xatiresi-yad-edilib-2375

 

 

 

REKLAM ALANI