Praqada Azərbaycan Evi açılıb
Praqada Azərbaycan Evi açılıb.
Praqada Azərbaycan Evi açılıb
2024
Praqada Azərbaycan Evi açılıb
Çex Respublikasının paytaxtı Praqa şəhərində Azərbaycan Evinin açılışı olub. Mərasimdə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçiləri iştirak edib.
https://x.com/DiasporaAz/status/1854473883077791865
Mərasim Azərbaycanın və Çexiyanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Natəvan” Cəmiyyətinin sədri və Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova cəmiyyətin, həmçinin Çexiyadakı Azərbaycan icmasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
https://x.com/DiasporaAz/status/1854473883077791865
Bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edən Diasporla İş üzrə Dövlət Komitəsini sədri Fuad Muradov bildirib ki: “Bu günə qədər dünyanın 17 ölkəsində Azərbaycan Evi açılıb. Bu evlərin açılması Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariz nümunəsidir. İnanıram ki, burada yaşayan azərbaycanlılar Praqadakı Azərbaycan Evinin xətti ilə daha böyük uğurlara imza atacaqlar”.
Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov Azərbaycan Evinin açılmasını əlamətdar hadisə kimi qiymətləndirib və burada yaşayan azərbaycanlıların ölkəmizi tanıtmaq üçün böyük potensiallarının olduğunu diqqətə çatdırıb.
https://x.com/DiasporaAz/status/1854473883077791865
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Land of Fire” təşkilatının rəhbəri Fərid Əmirəliyev Azərbaycan Evinin açılışında yaşanan qələbəliyi soydaşlarımızın birliyinin rəmzi adlandırıb.
Çexiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Milan Ekert bildirib ki: “Praqada açılan Azərbaycan Evi azərbaycanlılarla bərabər həm də bizim evimiz olacaq və inanıram ki, bu evin qapıları hər kəsə açıq olacaq”. Milan Ekert Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə də təbrik edib. Qazaxıstanın Çexiyadakı səfiri Bakit Düsenbayev Azərbaycan Evinin açılmasını iki ölkə arasındakı münasibətlərin inkişafı, eləcə də burada yaşayan türk xalqlarının nümayəndələri üçün mühüm hadisə olduğunu söyləyib.
https://x.com/DiasporaAz/status/1854473883077791865
Əlavə edək ki, Azərbaycan Evində həftəsonu məktəbi də fəaliyyət göstərir. Praqada yaşayan Lamiyə Axundova məktəbin açılması ilə bağlı sevincini bildirib və qeyd edib ki: “Həftəsonu məktəbi övladlarımın ana dilini öyrənmələri üçün böyük fürsətdir. Bu imkanı bizə yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”.
Çıxışçılar Praqada Azərbaycan Evinin açılması münasibətilə sonsuz sevinclərini ifadə edib, bu hadisənin Azərbaycan dövlətinin Çexiya azərbaycanlılarına ən qiymətli hədiyyəsi olduğunu deyiblər.
Azərbaycan Evinin açılışında mədəni hissə də təşkil edilib.
https://x.com/DiasporaAz/status/1854473883077791865
2020-ci ildə Çexiyada “İlin adamı” seçilən istedadlı musiqiçi Canel Nəcəflinin, fleyta ifaçısı Hana Jıtnıkovanın, pianoçu Lamiyə Axundovanın çıxışları, zövq oxşayan musiqilər alqışlarla qarşılanıb.
Təcrübə göstərir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənməsində Azərbaycan Evlərinin xidməti əvəzsizdir.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/praqada-azerbaycan-evi-acilib-5237
https://x.com/DiasporaAz/status/1854473883077791865