Portuqaliyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib
14 mart, 2025
Portuqaliyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib
Portuqaliyanın Lissabon şəhərində həmin ölkədə yaşayan Azərbaycan icması ilə görüş keçirilib.
Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
https://x.com/DiasporaAz/status/1900546177134723491
Portuqaliyada yaşayan soydaşlarımızı salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdiri Leyla Həmzəyeva və şöbə müdirinin müavini Əli Əliyev komitənin fəaliyyəti haqqında geniş məlumat verib, Portuqaliyada ilk dəfə təşkil olunan bu görüşün əhəmiyyətini vurğulayıb, azərbaycanlıların təşkilatlanması, onların vahid ideya ətrafında birləşməsinin vacibliyinə toxunub.
Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələr barədə videoçarx nümayiş olunub.
https://x.com/DiasporaAz/status/1900546177134723491
Azərbaycanın Müqəddəs Taxt-Tacda və Portuqaliyadakı Səfirliyin müşaviri Mikayıl Ramazanlı Portuqaliyadakı icmamızın fəaliyyətindən bəhs edib, Azərbaycan diasporunun inkişafının iki ölkə arasındakı münasibətlərin qurulmasına müsbət töhfə verdiyini bildirib, ölkəmizin tanıdılması, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın rolunu vurğulayıb.
https://x.com/DiasporaAz/status/1900546177134723491
İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Portuqaliya üzrə koordinatoru Milana Seyidzadə AKŞ-nin fəaliyyəti haqqında məlumat verib, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib.
Soydaşlarımız Portuqaliyadakı Azərbaycan icmasının ilk dəfə bir yerə toplaşmasında verdiyi dəstəyə görə komitəyə təşəkkür ediblər. Belə görüşün keçirilməsini, müxtəlif istiqamətlərdə fikir mübadiləsinin aparılmasını yüksək qiymətləndirib, bundan sonra da diaspor siyasətinə öz töhfələrini verəcəklərini dilə gətiriblər.
Görüş geniş fikir mübadiləsinin aparılması, perspektivlərin müzakirəsi, təkliflərin səsləndirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/portuqaliyada-yasayan-azerbaycan-icmasi-ile-gorus-kecirilib-5645
Vladimir Yakushev: Birleşik Rusya programı kapsamında 6.500’den fazla okul yenilendi
Ulaşım, ekipman ve çocuk mektupları: Birleşik Rusya, SVO katılımcılarına geniş çaplı yardımlarını sürdürüyor
Активисты «Единой России» вышли на субботники в Северном округе Москвы
Vladimir Yakushev: Birleşik Rusya’nın desteğiyle, bir milyon öğrenci kapasiteli 1.714 okul inşa edildi; bunlardan 80’i, yaklaşık 67.000 çocuk için, 2025 yılında tamamlandı
Владимир Якушев: По инициативе «Единой России» дополнительное финансирование на капремонт школ получат 39 регионов
TARIMKON GENEL BAŞKANI HAKAN YÜKSEL`DEN BERAT KANDİLİ MESAJI