Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

İsveçrədəki icmamız “Lauz’One” multikultural festivalında iştirak edib

İsveçrədəki icmamız “Lauz’One” multikultural festivalında iştirak edib
REKLAM ALANI
21.09.2023
A+
A-

 

 

 

 

İsveçrədəki icmamız “Lauz’One” multikultural festivalında iştirak edib

, 2023

 

 

 

 

İsveçrədəki icmamız “Lauz’One” multikultural festivalında iştirak edib

 

 

 

 

İsveçrə Konfederasiyasının Lozanna şəhərində keçirilmiş ənənəvi “Lauz’One” multikultural festivalında Azərbaycan təmsil olunub.

 

 

 

 

Festivaldakı Azərbaycan stendi Cenevrədə fəaliyyət göstərən, Azərbaycanın zəngin mədəni irsinin təbliği ilə məşğul olan “L’Heritage” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə yaradılıb. Maraqlı kulinariya təcrübələrinin sərgiləndiyi festivalda Serbiya, Kolumbiya, Monqolustan, Eritreya və digər ölkələrin özəl təamları ilə bir cərgədə Azərbaycanın milli yeməkləri və incə zövqlə hazırlanmış desertləri “PHS Group”un təqdimatında nümayiş olunub.

 

 

 

 

 

2011-ci ildən “L’Heritage” Azərbaycan Mədəniyyət Assosiasiyasında Azərbaycan rəqslərinin tədrisi ilə məşğul olan Azərbaycan diasporunun fəal üzvü Mariya Xan-Xoyskaya Martignolinin təqdim etdiyi “Sarı gəlin” və “Yüz biri” kompozisiyaları çoxsaylı tamaşaçı alqışları ilə qarşılanıb.

Festivalın iştirakçıları, fəxri qonaqları, diplomatik heyət və yerli sakinlər azərbaycanlıların performanslarını yüksək dəyərləndirib, mətbəx sənətinin bir mədəniyyət haqqında dolğun təəssürat yaratdığını xüsusi vurğulayıblar.

 

 

 

 

Qeyd edək ki, Lozanna festivalının əlvan rənglərinə Azərbaycanın bənzərsiz və təkrarolunmaz çalarlarını qatan “L’Heritage” Mədəniyyət Assosiasiyasının layihələrinin əhatə dairəsi getdikcə genişlənməkdədir. Azərbaycanın milli, klassik və müasir musiqisini, istedadlı imzalarını, sənətkarlarını dünyaya tanıtmaq məqsədi ilə keçirilən konsertlərin, sərgilərin təşkilində əsas hədəf – son illər diqqət mərkəzində olan Cənubi Qafqazın qüdrətli ölkəsi haqqında dürüst informasiya yaymaq, sülhsevər, tolerant, milli və dünyəvi dəyərlərə söykənən bir xalqla bağlı dolğun fikir formalaşdırmaqdır.

 

 

 

 

Assosiasiyanın təmsilçiləri eyni məqsədə köklənmiş tədbirlərin dünya və Azərbaycan arasında etibarlı körpü yaradacağına, xaricdə yaşayan azərbaycanlılar arasında birliyin möhkəmlənməsinə xidmət edəcəyinə əmindirlər.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/isvecredeki-icmamiz-lauz-039-one-multikultural-festivalinda-istirak-edib-3468

 

 

 

REKLAM ALANI