Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub

Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub 2024  Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub📎 <a href="https://t.
Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub
Yayın: 20 Mayıs 2024 SİYASET Google News

Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub

2024

 

 

 

Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girnə şəhərində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Baş Naziri Ünal Üstəl və digər nazirlər, parlamentlərarası əlaqələr üzrə Azərbaycan-ŞKTC və Türkiyə-ŞKTC işçi qruplarının üzvləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Mərasim iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycan, ŞKTC və Türkiyə uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu mərkəzin açılışını ŞKTC və Azərbaycan xalqlarının yaxınlaşmasına növbəti mühüm töhfə adlandırıb. O, yaxın günlərdə Lefkoşada Heydər Əliyevin abidəsinin ucalacağına ümid etdiyini bildirib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cavid İsmayıl xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq hazırda dünyanın 15 ölkəsində Dövlət Komitəsinin dəstəyi ilə 29 Azərbaycan Evi fəaliyyət göstərir. “Əminəm ki, ŞKTC-dəki mərkəz Azərbaycanın beynəlxalq mədəniyyətlərarası əlaqələrin inkişafında daha bir həlqə olacaq”, – deyə Cavid İsmayıl qeyd edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Azərbaycan-Kipr əlaqələrinin yüksələn xətlə getməsinin hər iki ölkənin milli mənafeyinə uyğun olduğunu vurğulayıb.

Azərbaycan-Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Azərbaycan tərəfinin ŞKTC ilə əlaqələrin, o cümlədən mədəniyyət və təhsil sahələrində inkişafına hazır olduğunu bildirib. Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib.

ŞKTC parlamentinin sədri Zorlu Töre türk dövlətlərinin müstəqilliyinin şəhidlərin sayəsində gerçəkləşdiyini bildirib.

ŞKTC Prezidenti Ersin Tatar türk dünyasının birləşməsi ilə bağlı ulu öndər Heydər Əliyevin arzularının hər gün daha çox gerçək olduğunu deyib, bu tarixi günlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Daha sonra proqrama uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin büstünün açılışı olub. Tədbir iştirakçıları mərkəzin açılışı şərəfinə qırmızı lenti kəsiblər. Mərkəzdə “Azərbaycan bizim qəlbimizdə” adlı fotosərginin də açılışı olub. Daha sonra “Türkiyə-Azərbaycan-ŞKTC əlaqələrinin gələcəyi” mövzusunda konfrans keçirilib.

Qeyd edək ki, Girnədəki Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin binasında tədbirlərin, o cümlədən sərgilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Burada Heydər Əliyev irsinin tədqiqi mərkəzi, kitabxana, incəsənət emalatxanası, Tədqiqatlar və Robotlaşdırılmış Kodlaşdırma Mərkəzi, Azərbaycan milli rəqsləri dərnəyi, türk dilinin öyrənilməsi şöbəsi fəaliyyət göstərir.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/girnede-azerbaycan-beynelxalq-medeniyyet-merkezinin-acilisi-olub-4698

 

Son Güncelleme: 20 Mayıs 2024