Brigham Young Universitetində Azərbaycan dilini öyrənən amerikalı tələbələr milli mətbəximizlə maraqlanırlar

 <a href="https://twitter.
Brigham Young Universitetində Azərbaycan dilini öyrənən amerikalı tələbələr milli mətbəximizlə maraqlanırlar
Yayın: 02 Mayıs 2023 GÜNDEM Google News

 

 

 

Brigham Young Universitetində Azərbaycan dilini öyrənən amerikalı tələbələr milli mətbəximizlə maraqlanırlar
, 2023
Brigham Young Universitetində Azərbaycan dilini öyrənən amerikalı tələbələr milli mətbəximizlə maraqlanırlar
Yuta-Azərbaycan Dostluq Təşkilatının sədri Əsmər Qarayeva Provo şəhərində yerləşən Briqam Yanq Universitetinin (Brigham Young University) “Azərbaycan dili 101” kursunun milli mətbəximizə həsr olunmuş dərsində iştirak edib.

Dərs zamanı Əsmər Qarayeva və Azərbaycan icmasının üzvü Kamran Qarayev tələbələrə Azərbaycanın zəngin mətbəxi haqqında ətraflı məlumat veriblər.

 

 

 

 

Azərbaycan dilində qonaqları salamlayan və özlərini təqdim edən amerikalı tələbələr ölkəmizlə maraqlandıqlarını, onu görmək istədiklərini bildiriblər.

Sonra Əsmər və Kamran Qarayevlər milli mətbəximizin ləziz xörəklərindən birinin hazırlanma qaydasını tələbələrə izah ediblər.

Qeyd edək ki, Briqam Yanq Universiteti ABŞ-da Azərbaycan dili kursunu təşkil edən ilk ali məktəbdir. Azərbaycan dilini universitetin müəllimi Endrü Bonni tədris edir. Hazırda “Azərbaycan dili 101” kursunda 10 amerikalı tələbə təhsil alır.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/brigham-young-universitetinde-azerbaycan-dilini-oyrenen-amerikali-telebeler-milli-metbeximizle-maraqlanirlar-2856

 

 

 

Son Güncelleme: 02 Mayıs 2023