Azərbaycan musiqisi Norveçdə səsləndirilib

Azərbaycan musiqisi Norveçdə səsləndirilib 2024 Azərbaycan musiqisi Norveçdə səsləndirilib   https://x.
Azərbaycan musiqisi Norveçdə səsləndirilib
Yayın: 19 Eylül 2024 KÜLTÜR SANAT Google News

Azərbaycan musiqisi Norveçdə səsləndirilib
2024
Azərbaycan musiqisi Norveçdə səsləndirilib

 

https://x.com/DiasporaAz/status/1835999713226596380

 

Norveç Televiziya və Radio Simfonik Orkestrinin zalında Azərbaycan musiqisinə həsr olunmuş kamera konserti keçirilib.

Konsert soydaşımız, skripka ifaçısı Narın Musayeva Folgerö və onun musiqiçi həmkarlarının təşkilatçılığı ilə baş tutub. Norveçdə yaşayan Narın Musayeva Folgerö Sumqayıt şəhərində doğulub. Bir çox yerli və beynəlxalq səviyyəli müsabiqə və festivallarda iştirak edib, müxtəlif mükafatlara layiq görülüb. 10 ildən çoxdur ki Norveç Televiziya və Radiosunun simfonik orkestrinin skripkaçısıdır.

 

https://x.com/DiasporaAz/status/1835999713226596380

 

Narın Musayeva Folgerö və həmkarlarının ifası ənənəvi kamera konserti silsiləsindən olsa da, çalınan əsərlər Norveç dinləyicisi üçün yenilik olub.

Azərbaycan musiqisinə həsr olunmuş konsertdə Ü.Hacıbəylinin “Arazbarı”, “Aşıqsayağı”, Q.Qarayevin simli kvarteti, skripka və fortepiano üçün sonatası, “İldırımlı yollarla” baletindən miniatürləri, “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, F.Əmirovun “Muğam-Poema”, “Məhəbbət rəqsi”, həmçinin “Bayatı-Şiraz” muğamının solo skripka üçün işləməsi səsləndirilib. Adı çəkilən muğamı solo skripka üçün Mirhəşim Həşimov və Azad Əliyev işləyib.

Yerli sakinlərlə yanaşı qonşu ölkələrdən dinləyicilərin də iştirak etdiyi konsert çox böyük maraq və rəğbətlə qarşılanıb.

Foto qalereya

 

 

https://x.com/DiasporaAz/status/1835999713226596380

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-musiqisi-norvecde-seslendirilib-5081

 

 

https://x.com/DiasporaAz/status/1835999713226596380

, , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Son Güncelleme: 19 Eylül 2024