Azərbaycanın milli dəyərləri Çanvonda keçirilən festivalda təqdim olunub
2026
Azərbaycanın milli dəyərləri Çanvonda keçirilən festivalda təqdim olunub
Koreya Respublikasının Çanvon şəhərində keçirilən 21-ci “Miqrantların Ariranq Multikultural Festivalı (“MAMF – Migrants’ Arirang Multicultural Festival”) adlı mədəni müxtəliflik festivalında Azərbaycan mədəniyyəti nümayiş etdirilib.
Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) maliyyə dəstəyi və Cənubi Koreyada fəaliyyət göstərən “OJEong” Ekoloji Dayanıqlılıq İnstitutunun (OJEong Resilience Institute (OJERI)) tədqiqatçısı Günay Kərimovanın təşkilatçılığı ilə festivalda Azərbaycan guşəsi yaradılıb. Burada ölkəmizin tarixi və mədəni irsi, milli geyimləri, kəlağayı sənəti, çay mədəniyyəti və musiqisi təqdim olunub.
Azərbaycan guşəsi festival ziyarətçilərinə ölkəmizin zəngin ənənələri və milli-mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradıb.
Qeyd edək ki, Koreyanın ən böyük mədəni müxtəliflik festivallarından biri olan bu tədbir Gyeongsangnam-do vilayəti, Çanvon şəhəri, Gyeongnam Miqrant İşçilərin Rifahı Mərkəzi və Çanvon Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutub.
Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
mənbə: https://diaspor.gov.az/az/news-detail/azerbaycanin-milli-deyerleri-canvonda-kecirilen-festivalda-teqdim-olunub-7476
https://x.com/DiasporaAz/status/2116180404067864673
TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 10 KASIM ATATÜRK’Ü ANMA GÜNÜ MESAJI
İlham Aliyev adına Türkiye Cumhurbaşkanı onuruna resmi bir ziyafet verildi
KRAL GAZETECİ ABDULLAH YİĞİT `TEN 10 KASIM ATATÜRK’Ü ANMA GÜNÜ MESAJI
İlham Aliyev, Azerbaycan halkını Zafer Günü vesilesiyle tebrik etti
Tacikistan Cumhuriyeti Cumhurbaşkanı’nın Kazakistan Cumhuriyeti’ne resmi ziyareti
Tacikistan Cumhuriyeti Anayasa Günü kutlamaları Dışişleri Bakanlığı’nda gerçekleştirildi.