İsrailin Kiryat-Yam şəhərində “Azərbaycan dili” dərsliyi təqdim edilib

   İsrailin Kiryat-Yam şəhərində “Ana dili – <a href="https://twitter.
İsrailin Kiryat-Yam şəhərində “Azərbaycan dili” dərsliyi təqdim edilib
Yayın: 22 Temmuz 2023 KÜLTÜR SANAT Google News

 

 

 

 

İsrailin Kiryat-Yam şəhərində “Azərbaycan dili” dərsliyi təqdim edilib

2023

 

 

 

İsrailin Kiryat-Yam şəhərində “Azərbaycan dili” dərsliyi təqdim edilib

 

 

 

 

İsrailin Kiryat-Yam şəhərində “Ana dili – Azərbaycan məktəbi” layihəsi çərçivəsində tədbir keçirilib.

 

 

 

 

 

“Dünya gözəldir” Qafqaz Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmailovun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan əlifbası barədə məlumat verilib. Sonra isə Diasporla İş üzrə Dövlət Komitəsinin nəşr etdirdiyi “Azərbaycan dili” dərsliyi tədbir iştirakçılarına təqdim edilib.

 

 

 

 

 

 

“Azərbaycan dili” dərsliyi ilə tanış olan tədbir iştirakçıları bu dərslik əsasında Azərbaycan dilinin İsraildə təbliğ olunması istiqamətində fəaliyyət göstərəcəklərini bildiriblər.

 

 

 

 

 

Tədbirin gedişində Ben Sion Şmailov əslən dağ yəhudisi olan tanınmış Azərbaycan radiojurnalisti, 20 Yanvar faciəsi zamanı sovet qoşunlarının Bakıda törətdiyi hərbi cinayəti və azərbaycanlıların etiraz səsini dünyaya çatdıran Mirzə Xəzərin 35 il öncə Azərbaycan dilində ona yazdığı məktubu oxuyub.

 

 

 

 

 

Qeyd edək ki, İsraildə Azərbaycan həqiqətlərinin təbliğ edilməsi, yerli və dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük fəallıq göstərən Ben Sion Şmailovun rəhbərlik etdiyi klub İsraildə dağ yəhudilərinin mini-muzeyinə çevrilib. Azərbaycan diasporu fəalı eyni zamanda “Dünya Xalqları Alyansı” Beynəlxalq çoxprofilli innovasiya mərkəzinin nümayəndəsidir.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/israilin-kiryat-yam-seherinde-azerbaycan-dili-dersliyi-teqdim-edilib-3257

 

 

Son Güncelleme: 22 Temmuz 2023