Alman ictimaiyyətinin diqqəti Mirzə Şəfi Vazehin yaradıcılığına cəlb edilib

 Alman ictimaiyyətinin diqqəti <a href="https://twitter.
Alman ictimaiyyətinin diqqəti Mirzə Şəfi Vazehin yaradıcılığına cəlb edilib
Yayın: 20 Kasım 2022 GÜNDEM Google News

 

 

 

Alman ictimaiyyətinin diqqəti Mirzə Şəfi Vazehin yaradıcılığına cəlb edilib

Alman ictimaiyyətinin diqqəti Mirzə Şəfi Vazehin yaradıcılığına cəlb edilib

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Evi bu ölkədə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində növbəti addım atıb.

Köln Azərbaycan Evinin dəstəyi ilə Almaniyada yaşayan tanınmış yazıçı Orxan Arasın görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehə həsr etdiyi “Mirzə Şəfi kimdir?” adlı kitabı alman və türk dillərində nəşr olunub. Kitabda Mirzə Şəfi Vazeh haqqında Azərbaycanda aparılan araşdırmalardan söz açılıb və alman tədqiqatçılarının müraciət edə biləcəkləri mənbələr göstərilib.

Köln Azərbaycan Evindən bildirilib ki, artıq satışda olan kitabın nüsxələri “Mirzə Şəfi nəğmələri” kitabının müəllifi, alman yazarı Fridrix Bodenştedtin doğulduğu Payne şəhərindəki mədəniyyət evlərinə, kitabxanalara və məktəblərə göndərilib. Bu, alman ictimaiyyətinin Mirzə Şəfi Vazeh haqqında gerçəkləri öyrənməsi məqsədilə həyata keçirilib.

Qeyd edək ki, Köln Azərbaycan Evində soydaşlarımızın dogma dilimizi, tarixi vətənimizə bağlılığı unutmaması məqsədilə müxtəlif layihələr gerçəkləşdirir. Bu layihələrə Azərbaycan Evinin nəzdində Azərbaycan dili, ədəbiyyatı, tarixi kurslarının yaradılması, mədəniyyətimizin təbliği istiqamətində təşkil edilən tədbirlər, Azərbaycanın dahi şəxsiyyətlərinin Almaniyada tanıdılması və sair daxildir.

Xatırladaq ki, M.Ş.Vazehdən şərq dilləri dərsi alan alman yazarı Fridrix Bodenştedt “Şərqdə min bir gün” (1850) kitabında Azərbaycan şairinin şeirlərinin tərcümələrini nəşr etdirib. Sonradan F.Bodenştedtin “Mirzə Şəfi nəğmələri” (1851) adlı kitabı işıq üzü görüb. Bu nəğmələr Avropa dillərinə dəfələrlə tərcümə edilib. Sonradan F.Bodenştedt “Mirzə Şəfi”nin öz ədəbi təxəllüsü olduğunu iddia edib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/alman-ictimaiyyetinin-diqqeti-azerbaycan-sairi-mirze-sefi-vazeh-yaradiciligina-celb-edilib-1968

 

 

Son Güncelleme: 20 Kasım 2022